"Bu il Azərbaycanda seçki ilidir. Dekabr ayında bələdiyyə seçkiləri keçiriləcək. Konstitusiyaya uyğun olaraq parlament seçkiləri noyabrın birinci həftəsinin bazar gününə düşür".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, ölkəmizdə parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi nümunələri var:
"Həmçinin, Seçki Məcəlləsində belə bir müddəa mövcuddur ki, istənilən vaxt müxtəlif seçkilərin irəli və ya geri çəkilməsi mümkündür. Qanunvericilik buna icazə verir. Burada söhbət parlamentin hansısa iş fəaliyyətindən getmir. Bu, taleyüklü məsələlərlə bağlı ola bilər ki, üst-üstə düşməsin. Azərbaycan müstəqillik əldə etdikdən sonra heç vaxt bütün ölkə ərazisində prezident seçkiləri keçirilməmişdi. Suverenliyimizi tam təmin edəndən sonra ölkəmizin bütün ərazisində ilk olaraq prezident seçkiləri keçirilməli idi. Prezidentin səlahiyyəti var ki, vaxtından əvvəl prezident seçkiləri çağırsın. Suveren Azərbaycanın ərazisində azad, ədalətli və demokratik seçki oldu. Bunun özü nümunədir ki, bundan sonra Azərbaycanın ərazisində növbəti parlament seçkiləri keçirilsin. Burada söhbət parlamentin işi ilə bağlı deyil, ümumi seçki sistemində olan vəziyyətlə əlaqədar ola bilər ki, vaxtından əvvəl parlament seçkisi keçirilsin".
Anar Kəlbiyev