Şuşa Bəyannaməsi ilə bərabər Azərbaycan və Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi.
"Unikal" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Bu bəyannamə çərçivəsində Türkiyə Azərbaycanın nəyə ehtiyacı olarsa, o mövzuda yanında olacaq. Ermənistana dəstək verən ölkələrin Azərbaycanı hədəf almadıqlarını bildirməsinə inanmırıq. Təbii ki, regiona iqtisadi dəstək verə bilərlər. Amma xüsusilə silah mövzusunda verdikləri dəstəyin Ermənistana, regiona faydası olmaz. Bunu daha əvvəl yoxladılar və faydası olmadığını gördülər", - deyə o bildirib.