Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevə hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslər Sakit Əlişov və Şahin Quliyev 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror Ziya Mansurov hər iki təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.
Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu zirzədə stula bağlayıb bıçaqla hədələyərək 200.000 manat verilməsini tələb ediblər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Azər İsrafilov