Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.
"Unikal" xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib. O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:
"Bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib".
F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.
Süjetdə bildirilib ki, əməliyyatı kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərova edib.