Balakəndə 8 otaqlı evdə yanğın baş verib.
FHN-dən "Unikal"a verilən məlumata görə, Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.