Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Unikal” xəbər verir ki, sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.

“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm”, - R. İsmayılova videomüraciətində bildirib.

***

14:59

Azərbaycanlı tanınmış müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya daxili işlər nazirliyi müğənnini qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə nəzarətə götürüb.  

R. İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

Bildirilir ki, müğənni ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gətirilib. O, başqa bir şəxslə əlbir olaraq iki nəfər azərbaycanlıya saxta pasport çıxartdırıb. 

Müstəntiqlərin fikrincə, Rəqsanə İsmayılova əlbir olduğu şəxsə 650 min rubla  ( 11 960 AZN) yaxın pul köçürüb və o, sübut olunmuş variant vasitəsilə azərbaycanlılara yeni sənəd almağa kömək edib.