"Həkimə getmişəm və mənə deyib ki, artıq üzümdə deformasiyalar yaranıb".
"Unikal" xəbər verir ki, bu sözləri ARB televiziyasında "Həmin Zaur" verilişində qonaq olan əkiz bacılardan Sevinc deyib.
Ağır zob xəstəliyindən əziyyət çəkdiyini bildirən Sevinc üzünün əyildiyini bildirib:
"Ağır zob xəstəsiyəm, müalicə də eləmirəm. Həkim deyib ki, əməliyyata ehtiyac yoxdur. Amma get-gedə üzüm əyilir. Müayinəyə gedəndə həkim dedi ki, artıq üzümdə deformasiyalar başlayıb, dərman içməsəm daha da pis olacaq. Heç qəşəng deyiləm, bundan sonra da lap çirkinləşərəm".
Sevil isə, əkiz olmalarına baxmayaraq, onda bu xəstəliyin olmadığını deyib.