Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.

"Unikal" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, görüntülərdə ermənilərin Naxçıvanla sərhəddə, eləcə də, Azərbaycanın Ermənistanla şərti sərhəd ərazilərində hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi əskini tapıb.