Aktrisa Ancelina Colinin vəkilləri aktyor Bred Pittin 2016-cı ildəki ayrılığa qədər onu döydüyünü iddia ediblər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, vəkillər bu iddia ilə məhkəməyə şikayət ərizəsi veriblər.
Məlumata görə, Pitt Ancelinaya ortaq şərabçılıq zavodu "Chateau Miraval French"dəki payını satmasına icazə verməyib və onu gizlilik müqaviləsi imzalamağa məcbur edib.
Pitt 2016-cı ilin sentyabrında Fransadan Los-Ancelesə getməzdən çox Coliyə fiziki təzyiq göstərib. O həmçinin, uşaqlara qarşı fiziki zorakılıq tətbiq edib.
Colinin müdafiəçilərinin dediyinə görə, Pitt Coliyə onun “narahat davranışı” barədə məlumatı gizlətməyi təklif edib.