"Real"ın zədəli qapıçısı Tibo Kurtua məşqlərə nə vaxt qayıdacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, ötən ay sıradan çıxan və əməliyyat olunan 31 yaşlı qolkiper deyib:
"Ayın sonunda mən yenidən komanda ilə məşq edəcəyəm".
Xatırladaq ki, belçikalı qolkiper bu mövsümün əvvəlində aldığı çarpaz bağ zədəsini ötən ayın əvvəlində sağaltmışdı və komandaya qoşulmuşdu.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.