“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə əlavə reyslər təyin edib.
Qurumdan "Unikal"a bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.
Bununla yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.
Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.