Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, bu gün daha 6 oyun baş tutub.
Dortmund “Borussiya”sı evdə “Ştutqart”a, “Frayburq” “Leypsiq”ə uduzub. “Köln” “Boxum”u, “Maynts” “Darmştadt”ı məğlub yola salıb.
Səfərdə “Haydenhaym”la qarşılaşan “Bayern” bu oyunda məğlub olub. Əsas izləyicisinin xal itkisindən maksimum yararlanan lider “Bayer” səfərdə “Union Berlin”i məğlub etməklə çempionluğa bir addım da yaxınlaşıb.