Gültəkin Hacıyevanın ərindən şok açıqlama
02:07 19-05-2013
İQTİSADİYYAT
Gültəkin Hacıyevanın ərindən şok açıqlama
Keçmiş deputat ərini girov saxlayırmış
Bir zamanlar hakimiyyətin qızğın tərəfdarları olan bəzi şəxslər bu gün sürətlə müxalifət düşərgəsinə transfer edir. Məsələn, bir müddətə qədər hakimiyyətin tərəfdarı, məclislərin demək olar ki, başında əyləşən Rüstəm İbrahimbəyov birdən-birə ən aktiv müxalifətçi oldu.
Amma sonradan aydın oldu ki, rejisor qanunsuz olaraq Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan torpaq sahəsini zəbt edibmiş və şirkətdə bununla razılaşmayaraq öz ərazisini geri qaytarıb. Yüz minlərlə manat dəyərində torpağa sahiblənə bilməyən Rüstəm İbrahimbəyovda müxalifətə meyillənməklə hakimiyyəti şantaj etməyə çalışdı. Buda sonda aydın oldu ki, Rüstəm İbrahimbəyovun gündəmə gəlməsinə Rusiyadakı müəyyən güclərdə dəstək olub. Rüstəm İbrahimbəyov kimi gözlənilmədən müxalifətə transfer edənlərdən biri də Gültəkin Hacıbəyli oldu. İllər öncə adi müəllimə olan Gültəkin Hacıyeva sonra hakimiyyətin dəstəyi ilə millət vəkili kürsüsünə yüksələ bildi. Amma əldə etdiyi bu uğuru saxlaya bilmədi.Həmin vaxt aydın oldu ki, Gültəkin Hacıyeva millət vəkili seçildiyi Goranboy və Naftalan rayonlarında sözün həqiqi mənasında özünü hökmdar kimi aparmağa başlayıb. Yerli icra hakimiyyəti başçılarından tutmuş, adi idarə rəhbərlərini hər dəqiqə şantaj edərək "Mən prezidentin burda vəkiliyəm"-deməklə özünə sərvət toplamağa başlayıb. Goranboyda və Naftalanda sakinlərə məxsus torpaq sahələrini mənimsəyərək böyük fermer təsərrüfatları yarada bilib. Bundan başqa müxtəlif təyinatlı sexlər yaradan millət vəkili bölgədə əhalinin ciddi narazılığına tuş gəldi. Xarici ölkələrə səfərlərə gedən zaman etdikləri isə yuxarı dairələri daha ciddi narahat etməyə başladı. Belə ki, aydın oldu ki, hər dəfə AŞPA-in toplantılarına gedəndə millət vəkili iş adamlarını şantaj edərək onun səfərini maliyyələşdirməyə məcbur edirmiş. İş adamlarından aldığı maliyyənin əvəzi olaraq isə onlara əlavə imkanlar yaradacağını söyləyib. Amma get-gedə cana doyan iş adamları nəticədə Gültəkin Hacıbəylidən yuxarılara şikayətlər ediblər. Məhz bu əməllərindən sonra Gültəkin Hacıbəyli vurulmuş kadra çevrildi və yerli sakinlər daha onu millət vəkili olaraq görmək istəmədiklərini bəyan etdilər. Nəticədə son seçkilərdə Gültəkin Hacıbəyli oyundankənar vəziyyətə düşdü. Millət vəkili ola bilməyən Gültəkin Hacıbəyli bu dəfə bütün gücünü səfərbər edərək xarici ölkələrdən birinə səfir getməyə çalışdı. Hətta bu məqsədlə hələ inamını saxlayan bir neçə şəxsdən yüz minlərlə manat pulda aldı ki, səfir olandan sonra pulları qaytaracaq. Amma artıq reputasiyasını ləkələyən Gültəkin Hacıyeva bu istəyinə də nail ola bilmədi. Nəticədə hakimiyyətlə zor dilində danışıb, müxalifətə keçməyəcəyi təqdirdə nələrsə uman keçmiş deputat Ziyalılar Forumunun üzvü oldu. Bu gün isə səs-küylü müxalifətçi olmaq üçün bütün gücünü səfərbər edib. Müxalifətçilərin mələk dediyi Gültəkin Hacıbəylinin isə hər gün yeni maraqlı sərgüzəştləri ortaya çıxır. Sən demə xalqa sahib çıxmağa çalışan bu insan heç öz ailəsinə də sahib çıxa bilməyibmiş. Müəyyən səbəblərdən ailəsi dağılıb və keçmiş həyat yoldaşı bu gün gündəmə gələrək keçmiş millət vəkilinin öz keçmiş ailəsinin başına gətirdiklərini açıqlayıb. Sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev dünən keçirdiyi mətbuat konfuransında bildirib ki,Gültəkin Hacıbəyli son vaxtlar dövlətə qarşı, ölkə prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında qərəzli çıxışlar edib. Mahmud Mehdiyev qeyd edib ki, bu günə qədər Gültəkin Hacıbəylinin millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar şəxsi həyatla bağlı olduğu üçün susub, bu məsələlərin ictimailəşməsini istəməyib:"Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündən daha uca hesab edən insan kimi, Gültəkin Hacıbəyli öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Qoy hamı mələk siması geymiş Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğu, qanunsuz sərvət topladığı, mənim kimi yüzlərlə vətəndaşın hüquqlarını necə pozduğunu bilsin".
Mehdiyev bildirib ki, Gültəkin Hacıbəyli ilə toyuna iki həftə qalmış 2003-cü ilin mayında ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən, order əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən G.Hacıyevaya şəhərin mərkəzində, "Bakı Dövlət Sirki"nin yaxınlığında, S.Vurğun küçəsi 92 a ünvanda yerləşən, 12 saylı evdə üçotaqlı mənzil verilib:
"Həmin mənzilin təmirinə və mebelə mənim tərəfimdən valideynlərimin köməyi ilə 50.000 (əlli min) dollar xərc çəkildi. Gültəkin Hacıbəyli bildirmişdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxararıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı ikiotaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə, yəni 2004-cü ilin avqustunda biz faktiki boşandıqdan sonra o, nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, bizim başımıza "oyun açacaq". G.Hacıbəyli ilə ayrıldıqdan sonra üçotaqlı mənzilin təmiri ilə əlaqədar yaranmış borcların qaytarılmasından ötrü anam qanunla ona verilmiş mülkiyyət hüququnu həyata keçirərək ikiotaqlı mənzilini satmış və borcları qaytarmışdır. Lakin, maddi sərvət toplamaqdan ötrü heç nəyə məhəl qoymayan, heç bir dəyərlərə qiymət verməyən və millət vəkili statusundan sui-istifadə edən G.Hacıyeva Prezidentin ona verdiyi mənzildən gözü doymayaraq məni hədələdi ki, mən Sizin evə gəlin gəlmişəm və mənə mənzil verməlisiniz".
Mehdiyev deyib ki, birgə yaşadığımız müddətdə pasport qeydiyyatında olmadığı halda o, anamın mülkiyyətində olmuş və sonradan Gültəkin Hacıyevanın təqsirindən borcların ödənilməsi üçün satılmış ikiotaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmış, statusundan sui-istifadə etməklə Nəsimi Rayon Məhkəməsində qanunsuz qətnamə qəbul etdirilməsinə nail olub:
"Gültəkin Hacıyeva deputat olduğu üçün onun valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciətlərim nəticəsiz qalmışdır. Kirayəyə verilmiş mənzildən əldə edilən gəlir Gültəkin Hacıyeva üçün övladından önəmli olub. Mənə məlum olub ki, o, ulu öndərin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilən üçotaqlı mənzilə köçməyib, yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş və tərəfimdən tam təmir edilmiş mənzili qazanc məqsədi ilə istifadə edərək "Ajkrane LTD" (Salyan şossesi, 84) firmasında işləyən Paul adlı xarici vətəndaşa kirayəyə verib. Xüsusi qeyd etmək istəyirəm ki, Gültəkin Hacıbəyli hələ 2005-ci ildə hər ayı 2000 ABŞ dollarına kirayəyə verdiyi mənzildən əldə etdiyi gəlirdən vergi verməyib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan vergini ödəməkdən yayınma cinayət əməlini törədib".
Maraqlıdır, öz ailəsini belə şantaj edən bir qadın nə qədər səmimi insan,müxalifətçi ola bilər? Millət vəkili olduğu zamanlarda seçildiyi rayonun əhalisinə qan uddurub,torpaq sahələrini belə mənimsəyən birisi sabah hakimiyyətə gələrsə nələr edəcək? Yəqin ki, artıq bu suallara cavab tapmağa ehtiyac yoxdur. Çünki müxalifətin "mələyinin" əsl kimliyi artıq ortadadır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 13:26:40
2024-11-27 13:25:31
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18
2024-11-27 11:49:33
2024-11-27 11:02:43
2024-11-27 10:34:49
2024-11-27 10:03:36
2024-11-27 09:29:02
2024-11-27 09:23:00
2024-11-27 09:15:47
2024-11-27 09:11:06
2024-11-26 17:09:25