Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında 1 ədəd çarpayı və 1 ədəd dolab yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.