Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.
"Unikal" xəbər verir ki, günün son oyununda "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da baş tutan görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 13-cü dəqiqədə avtoqol müəllifi olan Yuri Matias açıb. Meydan sahibləri 73-cü dəqiqədə Emin Mahmudovla matçın yekun nəticəsini müəyyənləşdiriblər. Bu nəticədən sonra xallarını 44-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Rəqibindən bir xal az toplayan "Sumqayıt" ikinci yerdədir. Turnir cədvəlinə isə 72 xalla çempionluğunu rəsmiləşdirən "Qarabağ" başçılıq edir.
Günün digər oyununda "Zirə" "Qəbələ"nin qapısından 4 cavabsız top keçirib.
Qeyd edək ki, XXIX turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a 2:1, "Turan Tovuz" "Sabah"a 2:0, "Qarabağ" "Səbail"ə 4:2 hesabı ilə qalib gəlib.