Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbaxça” matçı baş tutmayıb.
"Unikal" xəbər verir ki, “Fənərbaxça” oyunu yarımçıq tərk edib.
Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbaxça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.
Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.