Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.
Bu barədə "Unikal"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın, ucuzlaşma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin mart ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,4 faiz təşkil edib.