"Roma”nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında “Udineze” ilə matçda huşunu itirib.
"Unikal" xəbər verir ki, hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar.
Bir müddət sonra görüşün baş hakimi matçı başa vurmamaq qərarına gəlib. Oyun dayandırılan vaxtda hesab bərabər olub - 1:1.