ASALA yenə ayağa qalxır
19:33 21-05-2013
İQTİSADİYYAT
ASALA yenə ayağa qalxır
Suriya ermənilərinin Qarabağ həvəsi
Yaxın Şərqdə baş verən proseslər artıq regiona istənilən formada təsirini göstərir. Suriya problemi artıq dünya güclərini üz-üzə gətirib və bunun müəyyən zədələri artıq Azərbaycana da təsir edir. Belə ki, artıq uzun müddətdir ki, Ermənistan hakimiyyəti çalışır ki, Suriyada yaşayan erməniləri dağlıq Qarabağda yerləşdirsin. Hətta bir neçə ailə artıq Xankəndində yerləşdirilib.
Bundan başqa Suriyada hadisələrin gərginləşməsi ilə paralel olaraq ermənilərə məxsus bir neçə təşkilatda aktivləşməyə başlayıb. Bunlardan biri də uzun illər terrorla məşğul olan ASALA təşkilatıdır. “ASALA terror təşkilatının yenidən səhnəyə çıxma cəhdləri ermənilərin 2015-ci ildə Türkiyəyə qarşı gücləndirməyə çalışacaqları böhtan kampaniyasının tərkib hissəsidir”. Bu açıqlamanı Bahçeşehir universiteti Strateji Araşdırmalar Mərkəzinin başqanı, terrorçuluqla mübarizə üzrə mütəxəssis Ercan Çitlioğlu verib. “Mən bunu ermənilərin 2015-ci ildə Türkiyəyə qarşı dünya miqyasında aparacaqları təbliğatın tərkib hissəsi kimi qiymətləndirirəm. Suriyada 400-500 min erməni var, Türkiyə də o ölkədəki bütün digər etnik ünsürlər kimi ermənilərin də demokratik mühitdə yaşamasını istəyir. ASALA terror təşkilatının bu ciddi-cəhdi bölgədə yaranmış vəziyyətdən istifadə edərək dünyanı Türkiyənin üzərinə qaldırmaq məqsədi güdür. Bu, Türkiyəyə qarşı bir şantajdır”.
Xatırladaq ki, Suriyanın parçalanması durumunda oradakı ermənilərin bir qisminin Dağlıq Qarabağa köçürülə biləcəyinə dair iddialar var. Ecan Çitlioğlu bu iddiaları absurd adlandırıb: “Bu, tamamilə absurd bir şeydir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bütün dünya qəbul edib, BMT Təhlükəsizlik Şurasının torpaqların qeydsiz-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnaməsi var. Azərbaycanın ermənilərin nəinki Suriyadan, heç bir yerdən Dağlıq Qarabağa köçürülməsi, oradakı demoqrafik vəziyyətin dəyişdirilməsi cəhdinə qətiyyətlə müdaxilə etmə haqqı var. Dünya birliyinin də bunu qəbul etməsi mümkün deyil”.
Təcrübəli mütəxəssis bölgədə yaranmış vəziyyətdən istifadə edərək ASALA terror təşkilatının yenidən fəallaşa biləcəyi ehtimalını belə dəyərləndirib: “ASALA terror təşkilatı 1975-85-ci illər arasında 35 Türk diplomatını şəhid edib, dünyada Türklərə qarşı bir çox terror aksiyası həyata keçirdikdən sonra aradan qaldırılıb. 90-cı illərin ortalarında ermənilər qondarma “erməni soyqırımı” iddialarını dünyaya qəbul etdirmək üçün dünya parlamentlərində, bələdiyyə məclislərində işlər görüblər. Mən ermənilərin bundan sonra Türklərə qarşı terror metodundan istifadə edəcəyinə ehtimal vermirəm”.
Ercan Çitlioğlu Fransua Ollandın prezidentliyi dövründə qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı Ankara ilə Paris arasında gərginlik yaranması ehtimalına da münasibət bildirib: “O qanun layihəsinin parlamentdən keçməsində sabiq prezident Sarkozinin şəxsi təşəbbüsləri də önəmli rol oynamışdı. Prezident Olland dönəmində eyni şeyin təkrarlanacağına inanmıram. Buna baxmayaraq, 2015-ci ilə gedən yolda ermənilərin dünya miqyasındakı təbliğatlarına qarşı yubanmadan tədbir görməliyik”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31