Oğuzda çay sahilində tapança aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay sahilindən 1 ədəd “Naqan” markalı tapança və 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. 

Profilaktik tədbirlər zamanı isə rayon sakini müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.