Rusiyanın Samara şəhərində Mi-8 helikopteri Ukraynanın hava hücumu nəticəsində məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"2024-cü il aprelin 17-də Samara şəhərindəki Kryaj aerodromunda Mi-8 helikopteri məhv edilib. Helikopter işğalçıların silah və şəxsi heyətinin daşınması üçün istifadə olunub", - deyə bildirilib.
Qeyd edilir ki, bu tipli helikopterin qiyməti 10-15 milyon dollar arasında dəyir.
Ağarza Elçinoğlu