Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tez-tez telefonla əlaqə saxlayırlar.
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Onların telefon danışıqlarının əsas mövzusu ikitərəfli münasibətlərdir",- o, jurnalistlərlə söhbətində aydınlıq gətirib.
Peskovun sözlərinə görə, Putinin Türkiyəyə səfərinin tarixi hələ razılaşdırılmayıb.
Gülayə Mecid