"Gələn həftədən etibarən demarkasiya işləri ilə məşğul olacaq işçi qrupuna ictimaiyyət nümayəndələri cəlb olunacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Tavuş vilayətində kənd sakinləri ilə görüşündə deyib. 

"İnzibati rayonların rəhbərləri demarkasiya və delimitasiya komissiyalarına öz arqumentləri ilə cəlb olunub, baş verənlərlə bağlı xalqa da məlumat verəcəklər. İndi gərginlik daha çox Kirants (Güney) və Berkaber (Bibiş) icmaları ilə bağlıdır ki, biz təhlükəsizliyi təmin edirik. Biz orada məktəb tikirik və uşaqlarımızın təhlükəsizliyini tam təmin etməliyik", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, proses nə qədər çətin olsa da, o, pozitiv əhval-ruhiyyədədir, çünki sərhəd bütün ölkə ərazisindən çəkilir: "Sərhəd sülhün müəyyən təminatıdır. Hamımız həmişə yadda saxlamalıyıq ki, nəsə planlaşdırdığımız kimi getməyə bilər və əgər hər şey planlaşdırdığımız kimi getsə, biz bir-birimizlə dialoqda olmalıyıq".

Ağarza Elçinoğlu