Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfəri saxlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkədə təxribat əməliyyatları keçirməyi planlaşdırıblar.

Bildirilir ki, kişilər Bavariyanın Bayroyt şəhərində saxlanılıb. Belə ki, 39 yaşlı rusiyalı Diter S.-nin ölkə ərazisindəki hərbi obyektləri, o cümlədən Amerika obyektlərini izləyərək lentə aldığı, hərbi infrastruktur obyektlərində və hərbi yüklərin daşınması üçün istifadə edilən marşrutlarda yandırma və partlayışlar törətməyi planlaşdırdığı iddia edilir.

Gülayə Mecid