Moskvada avtomobilini səkidə saxlayan "Toyota Camry" sürücüsü ilə mübahisə edən şəxs bıçaqlanaraq öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hadisə Krasnodarskaya küçəsində baş verib. 25 yaşlı Kirill adlı rus səkidə avtomobilini park edən 21 yaşlı Azərbaycan sakini Şahin B.-a səslənib. 

O, Şahinə "Səkidə və girişin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyini" deyib. Şahin ona sərt cavab verib və onun motosikletinə görə gedə bilmədiyini açıqlayıb. Bu zaman gənclər arasında mübahisə düşüb. 

Şahin motosiklet sürücüsünü bıçaqlayıb. Kirill xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən azərbaycanlı isə ərazidən qaçıb.  Hazırda onun axtarışları davam etdirilir.

Gülayə Mecid