"Bavariya"nın qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper Çempionlar Liqasında qol buraxmadığı matçlar sayını 58-ə yüksəldib və bu göstəricidə rekorda imza aatıb. 38 yaşlı qapıçı son olaraq dünən ÇL-in 1/4 finalında "Arsenal"la cavab oyununda (1:0) qapısını toxunulmaz saxlayıb.
Beləliklə, Manuel Noyer "Real"ın əfsanəvi qapıçısı İker Kasilyasın (57 oyun) geridə qoyub.