"TRT1" kanalında yayımlanan "Kudüs Fatihi Selahaddin Eyyubi" serialına yeni aktyor daxil olacaq.
"Unikal" xəbər verir ki, ekran işində Rəşid Berker Enhoş rol alacaq. O, "Dolat" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, serialın baş rollarını Uğur Günəş, Dilin Döğer, Mehmet Əli Nuroğlu, Kaan Çakır, Hakan Vanlı və Əli Ersan Duru paylaşırlar. Bildirək ki, Rəşid daha öncə "Kuruluş Osman" serialında rol alıb.