Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.