"İşte benim stilim" yarışmasının iştirakçısı Yağmur Taktaş Amerikada keçmiş sevgilisi tərəfindən öldürülüb.
"Unikal" xəbər verir ki, Yağmur öldürüldükdən sonra onun sosial şəbəkədəki profil şəkli "Çakki" obrazı ilə dəyişdirilib.
Gənc qadının cənazəsi ailəsi ilə birlikdə yaşadığı Adanaya gətirilərək torpağa tapşırılıb.
Keçmiş sevgilisi ilə problem yaşayan Taktaşın daha əvvəl anasına “Mənim ancaq meyitim Türkiyəyə gələcək” dediyi də iddia edilir.