Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci il təvəllüdlü Şahin Əliyev, Şərur rayon sakini 1996-ci il təvəllüdlü Nurel İbrahimov müəyyən edilərək saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan metamfetamin, həmçinin 20 ədəd satışı qadağan olunan “Preqabalin” həbləri aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.