İtaliya A Seriyasının 33-cü turunda “Roma” “Bolonya”nı qəbul edib.
"Unikal" xəbər verir ki, paytaxtdakı “Olimpiko” stadionunda baş tutan qarşılaşmada qonaqlar 1:3 hesabı ilə inamlı qələbə qazanıblar.
“Bolonya”nın heyətində əl-Azzuzi (14), Zirkzee (45) və Salemakers (65) fərqləniblər. “Roma”nın qoluna isə Azmun (56) imza atıb.
Bu qələbədən sonra “Bolonya” 62 xal toplayıb. Komanda İtaliya çempionatının turnir cədvəlində dördüncü yerdədir. “Roma” isə 55 xalla 5-cidir.