Xüsusilə qeyd etmək vacibdir ki, son 5 ay ərzində biz Azərbaycanla iki böyük razılaşma əldə etmişik.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.
"Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqları olacaq", - deyə erməni baş nazir vurğulayıb.
O, Azərbaycan və Ermənistanın hərbi büdcələrində nəzərəçarpacaq dərəcədə disbalansın olduğunu qeyd edib.
"Biz Azərbaycana ikitərəfli silahlara nəzarət mexanizmi yaratmağı təklif etdik", - deyə Paşinyan bildirib.
Nuranə Abbasova