Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində 33 ildən sonra ilk körpə dünyaya gəlib.
"Unikal"ın məlumatına görə, Xankəndi, Ağdərə, Xocalıda Prezidentin xüsusi nümayəndəliyi bununla bağlı sosial şəbəkədə paylaşım edib.
"Antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. Belə ki, Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızının övladı dünyaya gəlib.
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xankəndi şəhərində 33 ildən sonra ilk azərbaycanlı körpənin dünyaya göz açması qürurverici hadisə olmaqla yanaşı, bu torpaqlarda həyatın yenidən canlanmasının daha bir müjdəsidir.
Qeyd edək ki, gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil ayrılıb", - deyə məlumatda qeyd olunub.