Argentinanın paytaxtı Buenos-Ayresdə vəziyyət gərginləşib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prezident sarayının qarşısındakı meydanda yarım milyona yaxın tələbə etiraz aksiyası keçirib. Onlara müəllimlər də qoşulublar.
Qeyd edilir ki, meydana toplananlar hakimiyyətin təhsil sahəsində yürütdüyü siyasəti bəyənmədiklərini bəyan ediblər.