Qondarma erməni soyqırımı qurbanlarının Anım Günündə Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlarına müraciət edib.
"Unikal" xəbər verir ki, o, bu faciənin emosional sarsıntılarına gətirib çıxardığını ifadə edib.
Müraciətində siyasətçi qeyd edib ki, erməni soyqırımı milli faciəyə və psixi sarsıntıya, sosial psixologiyada müəyyənedici amilə çevrilib.
Onun sözlərinə görə, yüz ildən çox vaxt keçsə də, bu gün də ermənilər dünyaya, ətraf məkana və özlərinə “soyqırımın psixi sarsıntısının üstün təsiri altında” baxırlar. Baş nazir hesab edir ki, bəlkə də məhz buna görə Ermənistan “yeni sarsıntılar alır, bir irs və ənənə kimi erməni soyqırımının ruhi sarsıntısını yenidən yaşayır”.