Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad olmuş ərazilərdən ilk dəfə Şuşada elektrik avtobuslar istifadəyə veriləcək.
"Unikal" xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, bu avtobuslar Gəncədə belaruslu həmkarlarımızla birgə işbirliyi ilə istehsal olunur: "Biz artıq 4 belə avtobus əldə etmişik, onlar landşaft testindən keçirilib".