Aprelin 24-də Şimali Makedoniyada prezident seçkiləri keçirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-dan axşam saat 19:00-a qədər açıqdır. Seçkiləri 320-yə yaxın beynəlxalq müşahidəçi izləyir.
Əsasən təntənəli vəzifəyə yeddi namizəd mübarizə aparır və qısa seçki kampaniyası əsas diqqəti Aİ-yə üzvlük, qanunun aliliyi, korrupsiya ilə mübarizə və yoxsulluğun azaldılmasına yönəldib.