Rusiya Federal Şurasının prezidenti Valentina Matvienko senatorlara Alen Simonyanın anti-Rusiya bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan Parlamentinə göndərməyi tapşırıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Avropa İttifaqı ölkələri parlament sədrlərinin konfransında çıxış edən Simonyan xüsusilə qeyd edib ki, konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya müdaxiləsi olmalıdır. O Ermənistanın Ukrayna, o cümlədən Moldova, Gürcüstan, həmçinin Kiprin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini deyib.
"Mən həmkarımdan, Ermənistan parlamentinin sədrindən soruşmaq istəyirəm ki, o, kimin adından belə hiylələr səsləndirib? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından yox. Biz bu cür anti-Rusiya çıxışlarına göz yuma bilmərik... Mən Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, onun kimin adından danışdığını öyrənsin.
Biz bu cür Rusiyaya nifrət edən, anti-Rusiya çıxışına məhəl qoymayacağıq, bu, bizim tərəfdaşımız üçün sadəcə biabırçılıqdır. O, artıq bütün qırmızı xətləri keçib", - deyə Matvienko bildirib.
Ağarza Elçinoğlu