ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri İsrailin baş naziri Benyamin Netanyahunu yəhudi dövlətinin Qəzza zolağındakı siyasətinə görə istefaya çağırıb.
"Unikal" xəbər verir ki, Nensi Pelosinin sözlərini "Sky News" sitat gətirir.
O, bildirib ki, ABŞ İsrailin müdafiə hüququnu tanıyır, lakin Qəzza zolağında ölən fələstinlilərin sayı həddən artıq çoxdur.
"Biz Netanyahunun siyasətlərini və tətbiqlərini rədd edirik - onlar dəhşətlidir... İsrailin 7 oktyabr HƏMAS hücumuna verdiyi cavabdan daha pis nə ola bilər?".
O, İsrail kəşfiyyatının rəhbərinin istefa verdiyini də xatırladıb.