Ukraynada baş verənlərə görə yalnız Volodimir Zelenskinin günahı yoxdur.
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun fikrincə, camaatın yoxsulluq içində olduğu, yuxarıdakıların talan pullarla cibinini doldurduğu bir şəraitdə insanları küçəyə çıxarmağın heç bir dəyəri yoxdur: "Bütün bunlar Volodya Zelenskinin dövründə yaradılmayıb. Və baş verənlərə görə günahkar təkcə o deyil. Mənim gözlərim önündə Ukraynanın birinci prezidentindən tutmuş sonuncu prezidentinə qədər hər şey parçalanıb, talan edilib".
Ağarza Elçinoğlu