Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq Türkiyə çempionatı keçirilib.
"Unikal" xəbər verir ki, yarışda Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.
Bütün yaş kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycan avarçəkənləri 2 medal qazanıb. Əlimurad Hacızadə təknəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə üçüncü yer tutub.