Yeni siyasi qalmaqal başladı
21:30 22-05-2013
İQTİSADİYYAT
Yeni siyasi qalmaqal başladı
Almaniyadan Azərbaycana ağır zərbə
““Eurovision” mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi”. Bunu Avropa Teleradio Yayım Birliyinin rəsmisi deyib. "Səsvermə bizim səsvermə tərəfdaşımız Digamo tərəfindən aparılır və PriceWatersHouseCoopers şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı", ATYB-nin Avropa Mahnı Müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim bildirib.
“Bizim bildiyimizə görə, hər şey dəqiq olub”, - o əlavə edib.O, hər hansı qeyri-dəqiqlik halı olarsa, bu barədə siqnalın Digamo şirkəti tərəfindən gələcəyini bildirib.Azərbaycanın Eurovision mahnı müsabiqəsinin şənbə günü keçirilən finalında Rusiyaya 10 xal verməsi, amma bunun nəticələrdə özünü göstərməməsilə bağlı ölkədə yüksək səviyyədə narahatlıqlar səslənir. Azərbaycanın Moskvadakı səfirinin açıqlamasına görə, prezident İlham Əliyev şənbə günü keçirilən “Eurovision” mahnı müsabiqəsində Azərbaycandan Rusiyaya səs verilməməsinin səbəbini araşdırmağı tapşırıb. “İndi səslər hesablanır. Məndə olan məlumata görə, Azərbaycanda çoxlu sayda adam Rusiya Federasiyasına səs verib və nəticədə Rusiya Azərbaycandan 10 xal səs almalı idi”, - Polad Bülbüloğlu bildirib. Səfir məsələnin araşdırıldıqdan sonra təsdiqini tapdığı halda nəticələrin dəyişə biləcəyini də deyib.Azərbaycan İctimai Televiziyasının direktoru məsələ ilə bağlı bəyanat verib: “Azərbaycandan olan səslərin yekun hesablamasında Rusiyaya bir bal verilməməsi belə ciddi narahatlıq və heyrət doğurur”.“Səmimi qəlbdən inanırıq ki, müəyyən maraqlı qrupların törətdiyi bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”, - İTV rəhbəri Cəmil Quliyev Azərbaycan diasporunun böyük olduğu Rusiya səsvermə zamanı Azərbaycana 12 xal verib. Rusiyaya isə Azərbaycan tərəfindən xal verilməyib.Rusiyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov da “Evrovision-2013”də Azərbaycandan bu ölkəyə heç bir səsin verilməməsinə aydınlıq gətirib. Məmmədyarov bildirib ki, teleekranda Azərbaycan tamaşaçılarının Rusiyaya verdiyi ballar görünəndə şok geçirməmək mümkünsüz idi: “Nəinki tamaşaçılar, eləcə də Avropa Yayım Birliyininin partnyoru olan Azərbaycanın İctimai Televiziyası da səsvermənin nəticələrindən çox təəccübləndilər. Səhərdən etibarən artıq bu məsələnin detalları araşdırılmağa başlanılıb. İTV-nin şübhələnməyə əsası var idi, belə ki, onlar tərəfindən aparılan sorğu sübut edir ki, efirdə səsləndirilən qiymət ictimaiyyətin rəyi ilə üst-üstə düşmür. Müvafiq məsələ ilə bağlı məhkəmə sms səsvermənin nəticələrini əldə etməklə bağlı qərar çıxarıb. Ölkənin mobil operatorları qərara uyğun olaraq bu faktları təqdim etdilər. Bax onlar buradadır, mənim əlimdə. Mən onları səsləndirmək istərdim. Azercell şirkətinin təqdim etdiyi faktlara əsasən, səslər aşağıdakı şəkildə paylaşılıb: Ukrayna -7893, Rusiya 1677 və s.
Bakcellin təqdim etdiyi: Ukrayna -408, Rusiya -380.
Və nəhayət Narmobile: Ukrayna – 193, Rusiya – 112.
Gördüyünüz kimi tamaşaçıların qiyməti yüksəkdir, Rusiya bütün faktlar üzrə ikincidir. Bəs onlar hara yoxa çıxdılar?
Mehdi
Digər Xəbərlər
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00