Buenos-Ayresdən olan 60 yaşlı jurnalist və hüquqşünas Alexandra Marisa Rodriqes “Miss Argentina” müsabiqəsinin iştirakçılarından biri olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges gözəllik stereotiplərinə meydan oxumağa hazırdır.
O, müsabiqədə iştirakını qadınların təkcə xarici görünüşünə görə deyil, həm də istedadına görə qiymətləndiriləcəyi yeni dövrün başlanğıcı adlandırır.