5 aydır həbsxanada olan sosial media fenomeni Nihal Candan azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, saxlanıldığı həbsxanadan çıxan fenomen Nihal Candan ailəsi ilə vaxt keçirdikdən sonra ilk gözəllik salonuna gedib.
Məşhur futbolçuları aldadaraq həbs edilən Seçil Ərzanla eyni kamerada qaldığını bildirən Candan, "Bizim heç bir problemimiz yox idi. Seçil xəbərlərə baxmadığı üçün biz də xəbərləri izləmirdik”,- deyə bildirib.
Prosesin əvvəlcə daha çətin olduğunu vurğulayan Candan, "Amma bacımla bir-birimizə həmişə dəstək olduq. "6 aydır krallar kimi yatmışıq deyə zarafatlaşırdıq. Tez-tez psixoloji dəstək aldıq",- deyə qeyd edib.
Zərifə Nağıyeva