Səhhətindəki problemlərə görə konsertlərini yarımçıq qoyan türkiyəli müğənni Murat Dalkılıç 9-cu dəfə əməliyyat olunacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, müğənni uzun müddət sonra jurnalistərin obyektinə tuş gəlib.
O, yenidən əməliyyat masasına yatacağını bildirib.
"Əslində yeddi dəfə plastik əməliyyat etdirmişəm. İbtidai məktəbdən burnumu plastik əməliyyat etdirmişəm. Xəstəliyim var. Burun sümüklərimi çıxardılıb. Həkim o sümükləri götürəndə qığırdağımı da çıxarıb. Bundan sonra həyatımın ən çətin dövrləri başlayıb, oramdan-buramdan sümüklər alındı və onlar daim burnuma qoyuldu. Artıq burnumu düzəltməyəcəyəm, bir şey olsa da, yoruldum”.
Müğənnini görənlər birbaşa Dalkılıçın burnuna diqqət ediblər və onu məhrum pop müğənni Maykl Ceksona bənzədiblər. Çox keçməyib ki, Dalkılıçın burnu sosial mediada gündəm olub. Ona "Maykl Cekson burnunu düzəltdirib”, "Aman Allahım, nə olub?", "Mərvənin lənəti" ,"Nə burun imiş düzəlt-düzəlt bitmir” kimi şərhlər yazılıb.
Zərifə Nağıyeva