Tanınmış aktyor Jerar Depardye Parisdə saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aktyor iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir.
Məlumata görə, hadisələr 2014-cü ildə “Magicien et les Siamois”, və 2021-ci ildə “Les Volets verts” filmlərinin çəkiliş meydançasında baş verib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin xüsusi fərmanı ilə fransalı aktyor Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığı alıb.