Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

"Unikal"ın məlumatına görə, 2024-cü il magistraturaya qəbul imtahanlarının ümumi nəticələrinə əsasən, ölkə üzrə ən yüksək nəticə göstərən - Fərman Əliyev və Gültən Məhərrəmli olub. 

Onların hər ikisi 96 bal toplayıb.