Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
***09:24
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çöküb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, magistral çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.
Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 19 nəfərin meyitini çıxarıblar, daha 31 nəfər isə sağ çıxarılıb. .
Dağıntıların təmizlənməsi davam edir.