4 kənddən sonra Vardenisə keçəcəklər və çoxları oradan 10 kənd, Sünikdən isə səkkiz kəndin Azərbaycana veriləcəyini deyirlər.
"Unikal" xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan açıqlayıb.
Politoloq qeyd edib ki, artıq Zəngəzur dəhlizinin tikintisinə başlanılıb: "Çoxları deyir ki, bizim ərazimizdən keçən Azərbaycanı Naxçıvanla birləşdirəcək yolları asfaltlayırlar. Bu, kapitulyasiyadır, bizim ərazimizdə bir qrup daxili düşmən var.
“Facebook” istifadəçilərindən biri foto yayımlayıb və yazıb ki, sözügedən dəhlizdə yollar çəkilir, avropalı tələbələr işlərə baxmağa gəliblər. Bu, o deməkdir ki, Qərb bu layihəyə sponsorluq edir. Amma heç kim demir ki, o dəhlizin hansı statusu olacaq, biz həmişə o yalan vədləri eşidirik ki, o, ekstraterritorial olmayacaq, ancaq ekstraterritorial olacaq. Azərbaycanlılar o dəhlizi tutsalar, onlara kim müqavimət göstərəcək - cavab yoxdur".
Ağarza Elçinoğlu