Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Azərbaycan və Ermənistan arasında Almatıda aparılan danışıqlar prosesi ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"Mən Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqların aparılmasına dair razılaşmanı alqışlayıram", - deyə Tokayev qeyd edib.
Mesajda bu tədbirin 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafı üçün zəmin yaradan və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsbit edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda keçirilməsinin vacibliyi qeyd olunur: "Güman edirəm ki, qarşıdan gələn görüş Ermənistan-Azərbaycan razılaşmalarının praktiki icrasına xidmət edəcək və Cənubi Qafqazda güclü və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcək".
Ağarza Elçinoğlu